Modern.az

Nardaran radikal şüarlardan təmizləndi

Nardaran radikal şüarlardan təmizləndi

1 Dekabr 2015, 17:33


Bu gün Daxili İşlər Nazirliyi (DİN),Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq Nardaranda birgə xüsusi əməliyyat keçirib.

APA-nın məlumatına görə, Nardarana giriş-çıxış, həmçinin qəsəbənin içi polis tərəfindən tam nəzarətə götürülüb. Əraziyə Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşları cəlb edilib. 

Qəsəbəyə daxili işlər nazirinin müavini Vilayət Eyvazov da gəlib. 

Polis noyabrın 26-da baş vermiş insidentin digər iştirakçılarının müəyyən edilərək saxlanılması istiqamətində axtarışlar aparıb. Saxlanılanlar var. Məlumata görə, qəsəbədəki bir neçə evdən silah-sursat aşkarlanaraq götürülüb. 

Bununla yanaşı, qəsəbənin küçə və meydanlar radikal dini simvollardan təmizlənib. Mərkəzi küçələrdəki şüarlar, digər  elementlər yığışdırılıb, barrikadalar təmizlənib. 

Qəsəbədə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi