Modern.az

Vilayət Eyvazov nardaranlılardan silah-sursatı təhvil verməyi tələb edib

Vilayət Eyvazov nardaranlılardan silah-sursatı təhvil verməyi tələb edib

Təhsil

1 Dekabr 2015, 18:45



Bu gün günorta saatlarında Nardarana gələn daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov qəsəbə sakinləri ilə görüşüb.

Modern.az saytı Trend-ə istinadən xəbər verir ki, V.Eyvazov qəsəbə sakinləri ilə görüşündə onlarda olan qanunsuz silah və sursatı könüllü olaraq təhvil verməyi tələb edib.

Qeyd edək ki, bu gün saat 08:00-da vətəndaşlarımızın hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilməsinə başlanılıb.

Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu