Modern.az

Azərbaycan Əfqanıstana 1 milyon avro ianə verib

Azərbaycan Əfqanıstana 1 milyon avro ianə verib

1 Dekabr 2015, 20:05

 

“Bu gün Əfqanıstanda problemlər qalmaqdadır və biz əfqan dostlarımızla daha çox işlər görməliyik. Azərbaycan bu məqsədlə öz səylərini davam etdirmək və qoşun, multimodal tranzit, təlim və maliyyə yardımı təminatı ilə Qətiyyətli Dəstək Missiyasına (QDM) əhəmiyyətli dərəcədə töhfə vermək əzmindədir”. Modern.az saytı xəbər verir ki, bunu NATO toplantısıda çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

E.Məmmədyarov daha sonra vurğulayıb ki, Azərbaycan Qətiyyətli Dəstək Missiyasına eyni sayda heyətdən ibarət qoşunla töhfə verəcək: “Bunu 2016-cı il ərzində də davam etdirəcəyik. Əlavə olaraq, Azərbaycan Əfqanıstan Milli Ordusu Etimad Fonduna artıq 1 milyon avro ianə şəklində yardım edib. 2017-ci ilin sonuna qədər Əfqanıstan Milli Ordusu Etimad Fonduna 2 milyon avro töhfə verəcəkdir. İlk tranş artıq NATO/Əfqanıstan Milli Ordusu Etimad Fonduna köçürülüb. Bundan başqa, mən QDM-in tamamlanmasından sonra NATO-nun gücləndirilmiş Davamlı Tərəfdaşlıq missiyasına qoşulmaq üzrə prinsipial razılığımızı vurğulamaq istərdim. Son olaraq bildirmək istərdim ki, ölkəmin Əfqanıstanın sabitliyinə töhfəsi NATO əməliyyatlarında iştirakdan genişdir. Biz təhsil və təlim, infrastruktur və nəqliyyatın inkişafı, investisiyalar sahəsində və maliyyə yardımı vasitəsilə əməli töhfələrimizi artırmaqla, Əfqanıstanı özü-özünü təmin etmək məqsədilə tutduğu islahatlar yolunda dəstəkləyirik. Azərbaycan Əfqanıstanı Avropa ilə birləşdirəcək və bununla Əfqanıstanın davamlı gələcəyi üçün imkanlar açacaq Yeni İpək Yolunun mühüm hissəsidir”.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi