Modern.az

Azərbaycanlı biznesmeni güllələyən killerlər saxlanıldı - VİDEO

Azərbaycanlı biznesmeni güllələyən killerlər saxlanıldı - VİDEO

2 Dekabr 2015, 09:44


Rusiya İstintaq Komitəsinin Bolqoqrad idarəsinin və Daxili İşlər Nazirliyi Volqoqrad vilayəti Baş İdarəsinin əməkdaşları azərbaycanlı biznesmen Zülfüqar Əsədovu güllələməkdə şübhəli bilinən iki nəfəri saxlayıblar. Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, qətldə təqsirkar bilinənlərdən biri 25 yaşlı yerli sakin, digəri onun 27 yaşlı dostudur.

Şübhəlilərdən birinin əmisi oğlu 2014-cü ildə Əsədova qarşı sui-qəsd uğurlu nəticələnməsə də, həbs edilib. Azərbaycanlı biznesmenə birinci sui-qəsd cəhdindən sonra cinayətkarlar saxlanılaraq azadlıqdan məhrum ediliblər.

Gənclər cinayəti həyata keçirmək üçün avtomobil icarəyə götürərək, Əsədovun yaşadığı yerə gəliblər. Onlar burada gözləyiblər, Əsədov avtomobilindən düşəndə avtomat silahdan ən azı 9 dəfə atəş açıb, hadisə yerindən uzaqlaşıblar.

Saxlanılanlardan biri günahını tam boynuna alıb.

Zülfüqar Əsədov bu il sentyabrın 26-da axşam saatlarında güllələnib. İstintaqın versiyasına görə, qara geyimdə olan maskalı qatil biznesmenin avtomobilinin gəlməsini gözləyib. Killer onu güllələyəndən sonra aradan çıxıb.

 



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?