Modern.az

Yerevanda fasiləsiz aksiya - FOTOLAR

Yerevanda fasiləsiz aksiya - FOTOLAR

Təhsil

2 Dekabr 2015, 10:09

“Yeni Ermənistan” hərəkatının dünəndən Konstitusiya islahatlarının əleyhinə təşkil etdiyi aksiya davam edir. Modern.az-ın Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, dünən axşamdan Yerevanda etirazçılar oturaq aksiya formasına keçiblər.

 " İrs” partiyasının lideri Raffi Ovannisyan bəyan edib ki, aksiya iştirakçıları Yerevanın “Azadlıq” meydanında gecələr növbə ilə qalacaqlar. Dünən axşam yağış yağması səbəbindən meydanda gecələyənlər o qədər də çox olmayıb.   Bu gün yerli vaxtla saat 18:00-da böyük mitinq, ardından yürüş keçirilməsi nəzərdə tutulur.  

Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlı referendum dekabrın 6-da keçiriləcək. Buna etiraz edənlər Konstitusiya islahatlarının yubanmadan dayandırılmasını, hakimiyyətin istefaya getməsini və yeni seçkilər vasitəsilə yeni hakimiyyətin formalaşdırılmasını tələb edirlər.  













Modern.az
   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi