Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) keçmiş sədri Yusif Bağırzadə adıçəkilən partiyadan istefa verəndən sonra qurultay keçirilməsi gözlənilirdi. Lakin uzun müddətdir qurultayın nə vaxt keçiriləcəyi barədə heç bir məlumat yoxdur.
Ona görə də qurultayın hansı səbəbdən gecikdiyi sual doğurur.AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov Modern.az-a açıqlamasında qurultayın keçirilməsi üçün heç bir problemin olmadığını deyib: “Partiyanın qurultayının keçirilməməsi nə təxirə salınma, nə də hansısa problemlə bağlıdır.
Artıq təşkilati işlər yekunlaşıb. Qurultay nümayəndələrinin tərkibi müəyyənləşib. Qalan yeganə məsələ qurultayın vaxtının müəyyənləşməsidir ki, bu da Mərkəzi Şurasının səlahiyyətində olan məsələdir. Mərkəzi Şura nə vaxt qərar verəcəksə, qurultay da o vaxt keçiriləcək.
Ona görə də qurultayın gecikməsi hansısa problemlə bağlı deyil”.
Namidə BİNGÖL