Modern.az

Elmar Məmmədyarov Serbiyaya getdi

Elmar Məmmədyarov Serbiyaya getdi

Təhsil

2 Dekabr 2015, 12:37


Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Serbiya Respublikasına işgüzar səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyindən Modern.az-a məlumat verilib.

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov 3-4 dekabr tarixində Belqradda keçiriləcək ATƏT Nazirlər Şurasının 22-ci iclasında iştirak məqsədilə Serbiya Respublikasına işgüzar səfərə yola düşüb.  

Elmar Məmmədyarovun toplantıda çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.  

Modern.az 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi