Modern.az

Rauf Əliyev: “Bu hadisənin arxasında anti-azərbaycan qüvvələr durur”

Rauf Əliyev: “Bu hadisənin arxasında anti-azərbaycan qüvvələr durur”

Təhsil

2 Dekabr 2015, 13:18


“Nardaran qəsəbəsində baş verən hadisələr bir daha göstərir ki, xaricdə mövcud olan anti-azərbaycan qüvvələr fürsət düşdükcə daxildə özlərinə müəyyən dayaqlar axtarır və ölkəmizdə sabitliyi, əmin-amanlığı pozmağa çalışırlar”. Modern.az xəbər verir ki, bunu Nardaranda baş verən hadisələrə öz münasibətini bildirərkən Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, qəsəbədə baş verənlərin dinlə, islamla heç bir əlaqəsi yoxdur:

“Azərbaycan dünyəvi dövlətdir, din dövlətdən ayrıdır. Dindarların öz dini ayinlərini həyata keçirmələri üçün respublikamızda hər bir şərait yaradılıb. Vaxtı ilə Respublikamızda cəmi 17 məscid fəaliyyət göstərirdisə hal-hazırda məscidlərin sayı 2 minə çatıb. Sovet dövründə Məkkə, Kərbəla və Məşhəd ziyarətlərinə getmək mümkün deyildi. Ancaq indi hər il minlərlə dindar bu ziyarətgahları ziyarət edə bilirlər. Müstəqillik dövründə çoxlu sayda məscidlər tikilmiş, təmir olunmuş, ziyarətgahlar bərpa olunmuşdur. Dini bayramlar dövlət səviyyəsində qeyd olunur.Azərbaycan tolerantlıq nöqteyi-nəzərindən dünyada nümunə göstərilən dövlətlərdən biridir. Digər millətlərin, dinlərin nümayəndələri öz dini bayramlarını sərbəst şəkildə qeyd edirlər. Bunun üçün hər bir şərait yaradılıb”.

Deputat onu da vurğulayıb ki, bu hadisənin arxasında anti-azərbaycan qüvvələr durur:

“Fürsət düşdükcə bu qüvvələr azərbaycanda mövcud olan ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirlər. Rəsmi mənbələrdən verilən məlumatlara görə bu hadisə silahlı-cinayətkar dəstə tərəfindən Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmaq, təxribatlar, kütləvi ixtişaşlar, terror aktları törətməklə bütünlükdə konistitutsiya quruluşunun dəyişdirilməsinə yönəlmişdir.Bu qüvvələri təmsil edən şəxslər dini radikalizmi, ekstrizmi özlərinin əqidəsinə və həyat tərzinə çevirərək qəsəbədə ölkənin qanunlarını, dövlət atributlarını inkar edir, dinin təbliğatı ilə bağlı qanunvericiliyin tələblərini qəsdən pozur, az yaşlı və yeniyetmələr araslnda cəhaləti və zorakılığı təbliğ edirlər”.

Artıq dövlətin müvafiq sturukturları tərəfindən qəsəbədə qayda-qanunların bərpa olunması üçün müvafiq tədbirlər həyata keçirilir. Qəsəbədə radikal dini şüarlar sökulür, plakatlar və qara bayraqlar yığışdırılır”.

R.Əliyev onu da qeyd edib ki, artıq Milli Məclisdə “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər edilməsi məqsədi ilə layihə hazırlanıb.

“Dəyişiklik qəbul edildikdən sonra xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarına islam dininə aid ayin və mərasimlərin aparılması qadağan edilir. Bundan əlavə qanuna ediləcək digər dəyişikliyə görə ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üzərində gəzdirdiyi dini atribut istisna olmaqla) nümayiş etdirilməsi də qadağan olunur. Dini bayraqlar yalnız ibadətgahların, dini mərkəz və idarələrin üzərində yerləşdirilə bilər”.

“Baş verən hadisələr göstərir ki, qəsəbədə əhali arasında birinci növbədə gənclər, yeniyetmələr və uşaqlar arasında geniş, dərin izahat və maarifləndirmə işlərinin aparılmasına ehtiyac vardı.Dini Məsələlər üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Təhsil Nazirliyi, Yerli İcra Hakimiyyəti və bələdiyə orqanları qəsəbədə zəruri olan maarifləndirmə tədbirlərini həyata keçirməlidirlər.

Ancaq qoy anti-azərbaycan qüvvələr bilsinlər ki, Azərbaycan hüquqi demokratik, güclü bir dövlətdir və Azərbaycan öz seçdiyi yolla uğurla inkişaf edəcəkdir.Heç kim buna mane ola bilməyəcəkdir”.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi