Modern.az

“Azərkosmos”la “Airanespace” şirkəti arasında MÜQAVİLƏ

“Azərkosmos”la “Airanespace” şirkəti arasında MÜQAVİLƏ

Təhsil

2 Dekabr 2015, 16:09


"Azərkosmos" ASC və Fransanın “Airanespace” şirkəti arasında Azərbaycanın ikinci telekommunikasiya peykinin geostasionar orbitə çıxarılmasına dair müqavilə imzalanıb.  

Modern.az xəbər verir ki, imzalanma mərasimi Bakıda keçirilən "Bakutel-2015" telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı çərçivəsində imzalanıb.  

Peyk "Ariane-5ECA" raket daşıyıcısının köməyi ilə geostasionar orbitə çıxarılacaq. “Airanespace” şirkəti Azərbaycanın ilk "AzerSat" telekommunikasiya peykini "Ariane-5ECA" raket daşıyıcısının köməyi ilə geostasionar orbitə buraxıb.  

 “Airanespace” ilə müqavilənin dəyəri 93 mln. dollar təşkil olub. “Azerspace-2” peykinin 2017-ci ildə orbitə buraxılması planlaşdırılır.  

Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi