Modern.az

Nazirlik jurnalistləri mükafatlandırdı - FOTOLAR

Nazirlik jurnalistləri mükafatlandırdı - FOTOLAR

Təhsil

2 Dekabr 2015, 18:02

 

“Kənd təsərrüfatı ili” çərçivəsində Azərbaycan kənd təsərrüfatının potensialı, bu sahənin inkişaf mərhələləri, kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı istiqamətində görülən işlər, dövlət dəstəyi tədbirləri, aqrar sektorun ixrac potensialı, texniki təminat və digər görülən işlərin ictimaiyyətə düzgün və dolğun çatdırılmasında KİV nümayəndələrinin böyük xidmətləri olub.

Bununla əlaqədar kənd təsərrüfatı sahəsində ən yaxşı məqalələrin və vieosüjetlərin müsabiqəs keçirilib.

Modern.az saytı xəbər verir ki, bu gün “Aqrar sahə: Yeni inkişaf mərhələsində” mövzusunda yaradıcılıq müsabiqəsinin qalib jurnalistləri elan olunub.

Müsabiqənin şərtlərinə uyğun olaraq, oktyabrın 1-dən noyabrın 10-a  kimi Kənd Təsərrüfatı Nazirliyinə 25 material daxil olub ki, onlardan da 20-si mükafata layiq görülüb.

Daxil olan materialların ikisi I yer, ikisi II yer, ikisi III yer, 14-ü isə həvəsləndirici mükafata layiq görülüb. Modern.az saytının əməkdaşı Gülşən Raufqızı III yerə layiq görülüb.


Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi