Modern.az

Bir gündə 19 qol

 Bir gündə 19 qol

2 Dekabr 2015, 21:47

 

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin 6 oyunu keçirilib. Modern.az saytı xəbər verir ki, məhsuldarlığı ilə seçilən oyunlarında qapılara ümumilikdə 19 qol vurulub. Altı oyunun üçündə qonaqlar, qalan görüşlərdə isə ev sahibləri qalib gəlib.

Belə ki, “Turan Tovuz” komandası “İnter” ilə görüşdən məğlub ayrılıb - 1:3. “Neftçala” “Sumqayıt”a 0:1 hesabı ilə məğlub olub. AZAL – “Zirə” oyunu 1:2 hesabı ilə başa çatıb. “Xəzər Lənkəran” komandası “Kəpəz” üzərində qələbə qazanıb - 1:0. “Neftçi” futbolçuları “Qaradağ-Lökbatan” komandasını 8:0 hesabı ilə darmadağın ediblər. Topaz Premyer Liqasının lideri olan “Qarabağ” isə “Şəmkir” komandasının qapısından iki cavabsız top keçirib.   Bir oyundan ibarət olan mərhələnin qalibi birbaşa dörddəbir finala vəsiqə qazanır.  

Səkkizdəbir final mərhələsinə dekabrın 3-də keçiriləcək “Qəbələ” – “Mil-Muğan” və “Rəvan” – “Bakı” oyunları ilə yekun vurulacaq.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi