Modern.az

BDU-nun yaxınlığında ağır qəza - 5 yaralı, VİDEO

 BDU-nun yaxınlığında ağır qəza  - 5 yaralı, VİDEO

2 Dekabr 2015, 23:59

 

Paytaxtın Yasamal rayonunda ağır qəza baş verib. Modern.az xəbər verir ki,  APA TV həmin qəzanın vodeosunu yayıb. Hadisə BDU-nun yaxınlığında baş verib.

İdarəetmədən çıxan ağ rəngli avtomobil bir neçə piyadanı vurduqdan sonra Yol Patrul Xidmətinə məxsus "BMW" avtomobilini vuraraq aşıb.

Hadisə yerində xidmət aparan polis möcüzə nəticəsində salamat qalıb.  Hadisə nəticəsində 5 piyada müxtəlif xəsarətlər alıb. Sürücünün də yaralandığı bildirilir.

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi