Modern.az

“Allahşükür Paşazadə mərasim idarə edə bilməyəcək”

“Allahşükür Paşazadə mərasim idarə edə bilməyəcək”

3 Dekabr 2015, 11:32

Nardaranda baş verən son hadisələr, bəzi qüvvələrin din pərdəsindən sui-istifadəyə çalışması qanunvericilikdə dəyişiklər edilməsi üçün Milli Məclis üzvlərini hərəkətə gətirib.

Belə ki, qanunvericilikdə ediləcək dəyişikliyə əsasən, islam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan vətəndaşları tərəfindən həyata keçirilə bilər.
"Dini etiqad azadlığı haqqında" qanuna dəyişikliklərin edilməsini nəzərdə tutan yeni layihədə xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarına islam dininə aid ayin və mərasimlərin aparılması qadağan edilir.

Bu isə cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Qeyd edilir ki, bu gün Azərbaycanda dini ayin və mərasimləri xaricdə dini təhsil almış şəxslər idarə edirlər.

Media eksperti, hüquqşunas Ələsgər Məmmədli hesab edir ki, əgər bu qanun qəbul ediləcəksə, o zaman Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə də mərasim idarə edə bilməyəcək.

Modern.az xəbər verir ki, bununla bağlı ekspert belə deyib:

“Bəzi qanunlara dəyişiklik edilməsi nəzərdə tutulub. Artıq xaricdə din təhsili alan şəxslər mərasimləri apara bilməyəcək. Bu qanun qüvvəyə minəndən sonra Şeyx də mərasim idarə edə bilməyəcək. Çünki o da xaricdə - Özbəkistanda təhsil alıb.
Xaricdə həqiqi ilahiyyat təhsili alıb, dinin sosiolijisini, fəlsəfəsini, hüququnu elmi yollarla mənimsəyənlər "yararsız" elan edilir. Amma əlinə təsbeh alıb, Biləcəridən o tərəfə keçməyənləri cəmiyyətin önünə çıxarır, ona din dəyərlərinin icrasını əmanət edirlər”. 

Aytən ZƏHRA

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi