“Türkiyənin baş naziri Əhməd Davudoğlu bir qədər öncə Azərbaycana yola düşərkən Esenboğa Hava Limanında mətbuat konfransı keçirib.
Modern.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Davudoğlu Rusiyanın Türkiyəyə yönəlik ittihamları ilə əlaqədar deyib:
"Soyuq müharibə dövründə Sovet İttifaqının təbliğat maşını vardı. Hər gün dəyişik yalanlar çıxarar, əvvəl özləri inanar, sonra da dünyanın inanmasını gözləyərdilər. Bunlar ““Pravda” yalanları, uydurmaları” deyə xatırlanardı. Rusiyanın son 20-25 il içərisində soyuq müharibə sonrasında unutduğunu zənn etdiyimiz Sovetlərdən qalan xüsusiyyətləri bir-bir ortaya çıxır. Bu sovet təbliğat maşınının yalanlarına kimsə inanmaz".