Modern.az

Kərəm Həsənovun vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi

Kərəm Həsənovun vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi

Təhsil

3 Dekabr 2015, 12:40


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun dekabrın 25-i  tarixində Neftçala rayonunda keçirəcəyi vətəndaş qəbulu dekabrın  11-nə keçirilib.

Komitədən verilən məlumata görə, qəbulda Neftçala, Şirvan, Hacıqabul, Salyan, Sabirabad və Saatlı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır. Vətəndaş qəbulu saat 11:00-da şəhərdə yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcəkdir.
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır. 
Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsi: 
(02126) 3 42 06, (02121) 5 52 45

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi