Modern.az

Kerri, Lavrov və Moqerinidən Qarabağla bağlı ÇAĞIRIŞ

Kerri, Lavrov və Moqerinidən Qarabağla bağlı ÇAĞIRIŞ

3 Dekabr 2015, 14:51


Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində həmrəy hərəkətlər və qarşılıqlı məqbul həll yollarının tapılması prinsiplərini əldə rəhbər turur.

Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Belqradda ATƏT Xarici İşlər Naziriləri Şurasının iclasında deyib.

Onun sözlərinə görə, bu, Dnestryanı və Ukraynadakı münaqişələrə də aiddir.

ABŞ dövlət katibi Con Kerri isə vurğulayıb ki, ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında qətiyyət nümayiş etdirməlidir.O qeyd edib ki, Moldovada, Gürcüstanda dondurulmuş münaqişələr, Ermənistan-Azərbaycan konflikti hələ də nizamlanmayıb.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini də Qarabağla bağlı çıxış edib. Diplomat deyib ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində irəliləyişin olmamasından narahatdır.

O bildirib ki, təmsil etdiyi təşkilat Dnestryanı münaqişənin nizamlanmasında zəif irəliləyişdən, Dağlıq Qarabağ münaqişəsi ətrafında artan gərginlikdən və Gürcüstandakı münaqişənin sonrakı gərginləşməsindən narahatdır.

F.Moqerini vurğulayıb ki,Avropa İttifaqı münaqişənin bütün tərəflərini ATƏT-in prinsiplərinə riayət etməklə siyasi həll yollarının tapılması üçün səy göstərməyə çağırır.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi