Modern.az

Solovyov və ansamblı bayquş rolunda

Solovyov və ansamblı  bayquş  rolunda

Təhsil

3 Dekabr 2015, 14:55

 Abid TAHİRLİ

Artıq neçə həftədir ki, “Rossiya-1” kanalından Solovyov- soyadının mənasına naxələf çıxaraq  və onun qana susamış, ermənilərdən və ermənipərəst “ekspertlər” yığınından ibarət  komandasının bayquş səsi ekranlardan eşidilməkdədir. Bu dəfə hədəfdə Türkiyədir. Ukrayna ilə bağlı   bir müddət əvvəl həyata keçirilən çirkin təbliğat  kompaniyası eyni ssenari ilə, lakin daha sərt və şiddətlə həyata keçirilməkdədir. Tarixi təhrif etmək, olayları saxtalaşdırmaq, insanlara, hətta bütöv xalqlara şər- böhtan yağdırmaq adi hal almışdır. Verilişin mahiyyəti antibəşəridir, iştirakçılar sülhə yox, qırğına, müharibəyə səsləyir

Daim pusquda duran, tarixi məqam , fürsət gözləyən və bu münaqişədən- Rusiya –Türkiyə arasındakı insidentdən  də tula payı uman  ermənilər ,xüsusi ilə canfəşanlıq edir, “Papadan daha çox katolik olduqlarını” sübut etmək üçün dəridən –qabıqdan çıxırlar. Solovyov və onun bayquşsayağı çağırışlarına züy tutanlar, xüsusi ilə ermənilər nəhayət , anlamalıdırlar ki, yalanla, ermənilərin tarixən yol yoldaşlığı etdiyi vərdişin ömrü qırx gün çəkir. Gec-tez bu sərsəm təbliğat onların özlərinə qarşı çevriləcəkdir. Rusiya  ağzı köpüklənə- köpüklənə rusları qızışdıran Bağdasarovlardan və  flyuger kimi istiaqmətini tez-tez  dəyişən simasız  Jirinovskilərdən ibarət deyil.  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi