Modern.az

Əliyevlə Davudoğludan ortaq bəyanat: "Bütün məsələlərdə bir yerdəyik"

Əliyevlə Davudoğludan ortaq bəyanat: "Bütün məsələlərdə bir yerdəyik"

3 Dekabr 2015, 17:37


Dekabrın 3-də Bakıya gələn Türkiyənin baş naziri Əhməd Davudoğlu rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşüb.

Modern.az saytı xəbər verir ki, görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Əlaqələrin genişləndirilməsi baxımından bu səfərin önəmi xüsusi vurğulanıb. Münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra İlham Əliyev və Əhməd Davudoğlu mətbuata açıqlamalar veriblər.

Azərbaycan Prezidenti İlham Əliyev bunları söyləyib:

- Bütün məsələlərdə bir-birimizin yanındayıq. Bu mövqe dəyişməz.
- Biz istəyirik ki bölgədə sülh olsun. Bütün ölkələr rahat yaşasınlar.
- İstəyərik ki Türkiyə daha güclü olsun. O zaman Azərbaycanın da gücü artacaq.
- Azərbaycanın mövqeyini dəstəklədiyi üçün Türkiyəyə təşəkkür edirəm.
- Şəhərlərimiz, kəndlərimiz, məscidlərimiz işğal altındadır.
- Azərbaycanın çox zəngin qaz qaynaqları vardır.
- Azərbaycan öz qazını Türkiyə və Avropaya göndərəcək.
- Bizim əsas ixrac yolumuz bəllidir, bu Türkiyədir. Türkiyə üzərindən digər Avropa ölkələridir.
- Türkiyə və Azərbaycan olaraq gücümüzə güc qatarıq, dostuq, qardaşıq və əsas məsələ də budur.
- Türkiyə və Azərbaycan olaraq hər vaxt bir-birimizi dəstəkləyib, bir-birimizin yanında olacağıq.

Əhməd Davudoğlu:

-Mən nə vaxt Azərbaycan desəm, Can Azərbaycan deyərəm. Azərbaycan bizim canımızdır.
-Daha Konyaya getmədim. Amma mənəvi məmləkətimiz Bakıya gəldik.
- Önümüzdəki dövrdə Azərbaycanda və Türkiyədəki iki sabit hökumət gücümüzə güc qatacaq.
- Bu gün çox gözəl görüşlər reallaşdırdıq hər vaxt olduğu kimi.

Əhməd Davudoğlu deyib ki, görüşdə Azərbaycan qazını Avropaya daşıyacaq TANAP layihəsinin planlanlaşdırıldığı kimi 2018-ci ildə deyil, daha əvvəl bitirilməsi üçün qərar alınınıb.

- Bakı-Tiflis-Qars dəmiryolu xətti 2016-cı ilin ilk yarısında gerçəkləşəcək. Bu koridorun bir an əvvəl reallaşması Bakını Asiyanın ən gözəl limanları halına gətirəcək. Azərbaycanın inkişafı bizim inkişafımızdır. Türkiyənin inkişafı Azərbaycanın inkişafıdır. Türkiyənin 9 milyard dollarlıq, Azərbaycanın 4 milyard dollarlıq sərmayəsi var. Hədəfimiz bu sərmayələri 20 milyard dollara çıxarmaqdır. 
 - Müdafiə sənayesi sahəsində ortaq işlərimiz davam edəcək. Qafqaz və ətraf bölgələrdə barışın təmin edilməsi Türkiyə -Azərbaycan əlaqələrinə bağlıdır.
- Azərbaycanın işğal altındakı torpaqlarının qurtarılması üçün atılacaq hər addımı dəstəkləyəcəyik.
 - Azərbaycanın mənfəəti haradadıra, Türkiyə orada olacaq. Azərbaycan bayrağı harada asılsa, Türkiyə bayrağı da orada olacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi