Modern.az

Bakı Limanından tələbələrə xəbər var

Bakı Limanından tələbələrə xəbər var

3 Dekabr 2015, 17:55

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC tələbələr üçün təcrübə proqramı elan edib.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanından Modern.az saytına verilən məlumata görə, proqramın məqsədi limanla ətraflı tanış olmaq, logistika sahəsində karyera qurmaq arzusunda olan tələbələrə cəmiyyətin müxtəlif layihələrində iştirak edərək praktik təcrübə qazanmaq imkanı yaratmaqdır.

Bu proqram həm də Bakı Limanının Azərbaycan cəmiyyəti və gələcəyi qarşısında korporativ məsuliyyət çərçivəsində gənclər üçün yaratdığı tədris və təlim imkanlarından biridir. Bakı Limanının Təcrübə Proqramında iştirak etmək üçün ərizələrin qəbulu 15 dekabr 2015-ci il tarixinə kimi davam edəcək. Maraqlanan tələbələr öz tərcümeyi-hallarını (CV) [email protected] elektron ünvanına göndərə bilərlər.

Qeyd edək ki, seçim zamanı kommunikasiya, marketinq və beynəlxalq münasibətlər sahələri üzrə təhsil alan, o cümlədən xarici dil bilikləri olan tələbələrə üstünlük veriləcək.

Aytən Zəhra

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi