Modern.az

Azərbaycan millisi dünya reytinqində gerilədi

Azərbaycan millisi dünya reytinqində gerilədi

3 Dekabr 2015, 18:51



FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Modern.az xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandası 2 pillə geriləyib.

Beynəlxalq yoldaşlıq görüşündə Moldovaya qalib gəlməklə (2:1) aktivinə 3 xal yazan yığmamız hazırda 296 xalla 117-ci pillədə qərarlaşıb.

Siyahının ilk pilləsində dəyişiklik olmayıb. Belçika yığması birinci pillədəki mövqeyini qoruyub. Argentina millisi ikinci, İspaniya isə üçüncü pillədə qərarlaşıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi