Modern.az

Ramzan Kadırov hiddətlənib

 Ramzan Kadırov hiddətlənib

3 Dekabr 2015, 21:19

 

İŞİD-in Rusiya vətəndaşı olan çeçen kökənli Kasiyev Maqomed adlı şəxsin başını kəsməsi Çeçenistan prezidenti Ramzan Kadırovu hiddətləndirib. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Kadırov həmyerlisinin başını kəsən şəxsi hədələyib.

Kadırov “Bu adam öldürən şəxs, bilsin ki, çox yaşamayacaq" deyərək, İŞİD döyüşçüsünü təhdid edib.

Qeyd edək ki, İŞİD Rəqqa şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə casusluqda günahlandırdığı çeçen kökənli Kasiyev Maqomid adlı şəxsin başını kəsib. Çeçenistan və Dağıstanda yüzlərlə ekstremistin Suriya və İraqa gedərək İŞİD terror təşkilatına qoşulduğu bildirilir.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi