Paytaxtda hava şəraitinin dəyişməsi Heydər Əliyev Beynəlxalq Aeroportunun işinə təsir etməyib. Modern.az xəbər verir ki, bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildiriblər.
Məlumata görə, Bakıda axşam saatlarında yağış yağmasına və ildırım çaxmasına baxmayaraq Heydər Əliyev Beynəlxalq Aeroportunda təyyarələrin qəbulu və yola salınması cədvələ uyğun həyata keçirilir.
Modern.az