Axşam saatlarından etibarən hava şəraitinin kəskin dəyişməsi Lənkəranda leysan yağışla müşayiət olunub. Modern.az saytı Report-a istinadən xəbər verir ki, bir neçə saat aramsız davam edən yağıntı nəticəsində nisbətən çökək ərazilərdə yolları və həyətlərı su basıb. Qısa müddət ərzində bəzi həyətlərə suyun səviyyəsi 30-40 sm-ə çatıb.
Bir neçə yerdə çinar ağacları yola aşıb. Şəhərdə və kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Bəzi transformatorlarda qəzalar baş verib. Yağıntı davam edir
Modern.az