Məhəmməd Əmin Rəsulzadənin Gəncədəki Dəmiryolçular parkında olan büstü çuvaldan azad edilib.
Gəncə sakinlərinin Modern.az saytına verdikləri məlumata görə, çuval bu gün səhər saatlarında çıxarılıb.Hava işıqlanan kimi əraziyə cəlb olunan 30 nəfər dəmir yol işçisi Rəsulzadənin büstünün yerləşdiyi Dəmiryolçular parkının təmizliyinə başlayıblar.
Çünki Rəsulzadənin büstünün başına çuval keçirildiyi gündən ta indiyə kimi parkın da ərazisi bərbad vəziyyətdə olub.
Həmçinin əraziyə zibilləri yığmaq üçün Nəqliyyat departamentinin texnikası da cəlb olunub.
Ərazidə təmizlik işi aparan dəmiryol işçiləri və ətrafda yaşayan Gəncə sakinləri bu hadisəni müsbət qiymətləndirdiklərini bildiriblər.
Ağa Akifoğlu