İraqdakı Kürdüstan muxtariyyəti Rusiya Müdafiə Nazirliyinin İŞİD-ə aid olduğunu bildirdiyi neft daşıyan yük maşınlarının onlara məxsus olduğunu deyib.
Modern.az “Daily Sabah” qəzetinə istinadən xəbər verir ki, Kürdüstan rəsmiləri Rusiyanın İŞİD-ə aid olduğunu iddia etdiyi avtosisternlərin əslində Şimali İraqdan Türkiyəyə neft daşıdığını deyib.
Bundan öncə, Rusiya Müdafiə Nazirliyi xarici ölkələrin hərbi atteşələri üçün təşkil etdiyi mətbuat konfransında Türkiyənin İŞİD-dən neft almasının sübutu kimi Suriya və İraqın Türkiyə ilə sərhəddində çoxsaylı neft daşıyan avtosisternlərin havadan çəkilən fotolarını təqdim etmişdi.
Vüqar İsmayılov