Rusiya polisi ölkənin müxtəlif bölgələrində 14 nəfərin ölümünə səbəb olan saxta alkoqol içkilərinin hazırlnasını təşkil edən azərbaycanlını həbs ediblər.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Moskvada keçirilən xüsusi əməliyyat zamanı satışa hazırlanan 160 min saxta içki şüşəsi də ələ keçirilib. İçki istehsalını təşkil edən azərbaycanlı da hadisə yerini tərk etmək istəyəndə saxlanılıb.
Anbarda 160 min saxta alkoqollu içki şüşəsi saxlanılıb. Onların bir hissəsi ekspertizaya göndərilib.Qanunsuz istehsalın təşkilatçısı hesab edilən 28 yaşlı azərbaycanlı biznesmen maşını ilə ərazini tərk etməyə cəhd göstərsə də, qısa müddətdə saxlanılıb.
Rusiya Daxili İşlər Nazilriyinin məlumatına görə, Moskvadan Çuvaşiya, Orenburq, Kursk və Krasnoyarsk vilayətlərinə daşınan saxta içkilər azı 14 nəfərin zəhərlənərək ölümünə səbəb olub.
Vüqar İsmayılov