Rusiyanın Sankt-Peterburq şəhərində polis maşınına hücum olub.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Marşak küçəsi ilə Murin yolunun kəsişməsində baş verən hücum zamanı polis UAZ-ı gülləbaran edilib.
Məlumata görə polislər inkassator maşınını müşayiət edirmişlər. Bundan sonra isə maşında başlayan güclü yanğın onu külə çevirib.
Son məlumatlara görə hadisə zamanı 1 polis işçisi həlak olub.
Vüqar İsmayılov