Modern.az

“Məgər İŞİD-i islam yaradıb?”

“Məgər İŞİD-i islam yaradıb?”

4 Dekabr 2015, 13:20


Milli Məclisin bugünkü iclasında  “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsinin müzakirəsi zamanı danışan deputat Fəzail Ağamalı bildirib ki, bu sənədin islamla bağlı səsləndirilıməsi yolverilməzdir.

“Məgər İŞİD-i islam yaradıb? Onun Qərb dəyərlərindən çıxdığı məlumdur. Məgər Taleh Bağırzadə də belə dini ekstremist qrupların tərkibinə qoşularaq fəaliyyət gösətirmirdimi?”.

Modern.az xəbər verir ki, deputatın sözlərinə görə, xristian dininə qulluq edən ermənilər Xocalıda soyqırımı törədiblər.

“Onna görə də qanun layihəsində bütün dini ekstremizmə qarşı mübarizə qeyd olunmalıdır. Təklif edirəm ki, millət vəkilləri məsələnin bu mahiyyətini nəzərə alsında”

Deputat Qüdrət Həsənquliyev bildirib ki, ictimai asayişin pozulması baş verdikdə müvafiq qurumlar ictimaiyyəti məlumatlandırmalıdır.

“Hesab edirəm ki, bu məqsədlə mütəmadi brifinqlər təşkil olunmalıdır. Belə halda jurnalistlərin dəqiq məlumatlandırılması mümkün ola bilər. Nəzərə almaq lazımdır ki, jurnalistlərin heç də hamısı hansı məlumatın dövlət sirri olduğunu bilməyə bilər. Amma onları maraqlandıran sualları aidiyyatı üzrə ünvanladıqda müvafiq qurum bu məlumatın dövlət sirri olduğunu izah edə bilər. Brifinqlər təşkil edilmədiyindən jurnalistlər nə gəldi yazırlar”.

Aytən ZƏHRA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi