Modern.az

“Bəzi dövlətlər Azərbaycanda insanları din pərdəsi altında şirnikləşdirirlər”

“Bəzi dövlətlər Azərbaycanda insanları din pərdəsi altında şirnikləşdirirlər”

4 Dekabr 2015, 13:22


“Deputatlarımızdan xahiş edirəm ki, yeni hazırlanan “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsini yalnız Nardaranda baş verən hadisə ilə əlaqələndirməsinlər”.

Modern.az bildirir ki, Bunu Milli Məclisin bu gün keçirilən iclasında vitse-spiker Bahar Muradova deyib.

O, həmkarlarını din pərdəsi altında dünyada həyata keçirilən çirkin əməllərə də diqqət yönətməyə çağırıb: “Avropada da terror hadisələri baş verir. Bunu açıq şəkildə dinlə əlaqələndirirlər. Burada əsas məsələ din deyil, siyasətdir”.

Bahar Muradovanın sözlərinə görə, Nardaranda baş verən hadisələr hər kəsi narahat edir: “Məsələyə daha geniş və qlobal baxmalıyıq. “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsində günün tələblərini əks olunur.

Bəzi dövlətlər Azərbaycanda insanları din pərdəsi altında və ya başqa yolla şirnikləşdirirlər və öz ideyalarını həyata keçirmək istəyirlər. Azərbaycan vətəndaşları öz dini inanclarını yerinə yetirərkən, həm də fikirləşməlidirlər ki, Azərbaycan dünyəvi dövlətdir.

Din mədəniyyətimizin bir hissəsidir. Dövlət vətəndaşlarının yanındadır və onları bundan sonra bu qanunla daha yaxşı qoruya biləcək. Çalışırıq ki, insanlar dini ekstremizmə yuvarlanmaqdan xilas edək”.      

Aytən Zəhra  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi