Modern.az-ın məlumatına görə, komitə sədri deyib ki, İslamda dini bayraq anlayışı yoxdur: “Yəni, İslam dinində tarixən bayraqlar olub. Ancaq bu bayraqlar döyüşlərdə istifadə olunub. Bu bayraqların rəngi isə yaşıl olub. Yaşıl rəng də Azərbaycan bayrağında əks olunub”.
Komitə sədri qeyd edib ki, hazırda Azərbaycandan kənarda dini təhsil alan şəxslər var:
“Bunların sayı getdikcə artır. Bunun qarşısını almaq lazımdır. Bunun qarşısını almaq üçün hazırda Azərbaycanda ödənişsiz dini təhsil almaqla bağlı təkliflər üzərində iş gedir. Hər hansı 17-18 yaşlı adam xaricə gedib 6-7 il dini təhsil alır və həmin ölkənin dini qaydalarını qəbul edir.
Həmin adam sonradan Azərbaycana gələndən sonra öz öyrəndiyini tətbiq etməyə çalışır. Bu cür hallar keçmişdə çox olub”.
Daha sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Aytən Zəhra