Modern.az

Metroda Üzeyir Hacıbəylinin musiqiləri səsləndiriləcək - FOTO

Metroda Üzeyir Hacıbəylinin musiqiləri səsləndiriləcək - FOTO

Təhsil

4 Dekabr 2015, 14:44

 

Bu il dahi bəstəkar Üzeyir Hacıbəyovun 130 illik yubileyi münasibətilə ölkənin müxtəlif yerlərində tədbirlər keçirilir. “Bakı Metropliteni” Qapalı Səhmdar Cəmiyyəti də bu tədbirlərin davamı olaraq bir ilkə imza atıb. İlk dəfə olaraq metro stansiyalarında musiqi nömrələri səsləndirilir.

Bu haqda Modern.az saytına qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev  məlumat verib: “Bu ayın sonuna qədər hər həftənin cümə və şənbə günləri “28 May” və “İçərişəhər” stansiyalarında müəyyən olunan saatlarda Milli Konservatoriyanı bitirən məzunların ifasında qısa musiqi proqramı təqdim edəcək”.

Nəsimi Paşayev deyib ki, bu həm də sərnişinlərə xoş əhval bəxş edilməsi üçün atılan addımdır.


 

Gülşən RAUFQIZI

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi