Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Parisdə keçirilən Baş Assambleyasının illik iclasında avtomobil idmanı sahəsində bir sıra mühüm qərarlar qəbul edilib. Həmçinin 2016-cı il "Formula 1" yarışlarının təqvimi və gələn il Bakıda keçiriləcək "Formula 1" Avropa Qran-Prisinin yekun tarixi təsdiq olunub.
Qeyd edək ki, iclas çərçivəsində Azərbaycan Avtomobil Federasiyası tərəfindən Bakıdakı "Formula 1" yarışları ilə bağlı bir sıra ikitərəfli görüşlər keçirilib. Xatırladaq ki, 30 noyabr-4 dekabr tarixlərində Parisdə Beynəlxalq Avtomobil Federasiyasının Baş Assamleyasının illik iclası keçirilir. İslasda Azərbaycan Avtomobil Federasiyasının nümayəndə heyəti iştirak edir. Modern.az