Modern.az

“Real” İspaniya Kuboku yarışından uzaqlaşdırıldı

 “Real” İspaniya Kuboku yarışından uzaqlaşdırıldı

Təhsil

4 Dekabr 2015, 20:17

 

Madridin futbol klubu “Real” 16/1 final mərhələsində “Kadis”lə keçirilən oyuna görə İspaniya Kuboku uğrunda mübarizədən kənarlaşdırılıb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, buna səbəb kral klubunun rysiyalı futbolçusu Deniz Çerışevin cəzalı olmasına baxmayaraq, həmin oyunda iştirak etməsi olub.

Ötən mövsümdə “Vilyareal” klubunda icarə əsasında oynayan Çerışev 3-cü sarı vərəqə aldığından cəzalı vəziyyətə düşüb. Reqlamentə görə, Çerışev “Real”ın heyətində “Kadis”ə qarşı oyunda meydançaya çıxmamalı idi.

Kadisdə noyabrın 3-də keçirilən oyunda “Real” 3:1 hesabı ilə qalib gəlib.

Rusiyalı Madrid klubunun start heyətində meydana çıxaraq oyunun 3-cü dəqiqəsində hətta rəqib qapısına qol da vurub.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi