Portuqaliya millisinin və Madridin “Real” klubunun hücumçusu Kriştianu Ronaldu həftədə 4 dəfə kikboksçu yaxın dostu Bard Hari ilə görüşmək üçün Mərakeşə gedir. Modern.az xarici mediaya istinadən bildirir ki, həftənin birinci günündən çümə axşamınadək “Real”da məşqlər qurtarandan sonra Ronaldu şəxsi təyyarəsi ilə Mərakeşin paytaxtı Rabata uçur.
Futbolçu növbəti gün səhər məşqinə yetişmək üçün Mərakeşdən gecə Madridə qayıdır. Məhz buna görə portuqaliyalı futbolçu homoseksual münasibətdə şübhəli bilinir. “Kral” klubunun rəhbərliyinin futbolçunun tez-tez Mərakeşə getməsindən narahat olduğu bildirilir. Rəhbərliyin fikrincə, firvard müqavilə şərtlərini pozmasa da, tez-tez uçuş oyunçunun formada olmasına təsir edə bilər. Ronaldunun Harinin əlləri üstündəki fotosu ilk dəfə oktyabr ayında futbolçunun İnstagram səhifəsinə yerləşdirilib. Fotonun altında isə Hari zarafatla Ronaldu ilə evləndiyini yazıb.
Modern.az