Modern.az

Əhməd Davudoğlu ADA Universitetində çıxış edib

 Əhməd Davudoğlu ADA Universitetində çıxış edib

4 Dekabr 2015, 22:25

 

Ölkəmizdə səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu bu gün ADA Universitetində çıxış edib. Modern.az saytı xəbər verir ki, ADA Universitetinin rektoru Hafiz Paşayevin təqdimatından sonra Türkiyənin baş naziri Əhməd Davudoğlunun çox maraqlı çıxışı dinlənilib. “Can Azərbaycan” sözləri ilə çıxışına başlayan Əhməd Davudoğlu Dağlıq Qarabağ məsələsində Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını vurğulayıb. Baş nazir gərginləşən Türkiyə-Rusiya münasibətləri, Suriya türkmənlərinin vəziyyəti və bir sıra regional və qlobal məsələlərlə bağlı açıq məsajlar verib.

Daha sonra Hafiz Paşayevin iştirakı ilə Türkiyənin baş naziri ilə qısa görüş  keçirilib. Vurğulanıb ki, qardaş Türkiyə üçün canını belə qurban verməyə hazır milyonlarla Türk insanı var: “Hər zaman Türkiyənin yanındayıq. Çünki Azərbaycanımızla yanaşı, qardaş Türkiyə də bizim üçün Vətəndir. Biz Çanaqqqalada şəhid olan Azərbaycan Türklərinin, Azərbaycanın çətin günlərində dəstəyə gələn Nuri Paşa başkanlığında Türk Qafqaz İslam Ordusu üzvlərinin, burada şəhid olan Anadolu türklərinin nəvələriyik. Hər zaman qardaş Türkiyənin yanındayıq. Sevinciniz sevincimiz, kədəriniz kədərimizdir. Hər zaman Azərbaycanla bərabər Türkiyənin də güclənməsini istəyir və dua edirik. Çünki biz birlikdə bu çoğrafiyada üzüntü, kədər içində yaşayan, müxtəlif dövlətlərin ərazisində yaşayan milyonlarla qardaş-bacılarımız üçün ümid, pənah qapısıyıq”. 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi