Kambocada ötən ildən bəri davam edən saxta həkimin “QİÇS işi” bu gün yekunlaşıb və həkim 25 illliyə azadlıqdan mərhum edilib.
Modern.az xarici KİV-nə istinadən xəbər verir ki, lazımi lisenziya və sənədləri olmadığı halda həkimlik edən Yem Çrin adlı şəxs 300-ə yaxın adama QİÇS-in yol açdığı HİV virusu yoluxdurduğu üçün cinayətdə ittiham olunub .
Çrin yanına gələn xəstələrə həmişə eyni şprisdən istifadə etdiyi üçün Battambanq şəhərinin Roka kəndində virus qısa zamanda geniş yayılıb.
Virusdan əziyyət çəkən insanların sayı ötən il 120 olaraq qeyd edilib.
Lakin bu il aparılan geniş tədqiqatda bu kənddə 270-dən artıq adamın xəstələndiyi müəyyən edilib və bunların içində uşaqlarında olduğu söylənilib.
Loum Lorn adlı kənd sakini ailəsində Çrin üzündən 4 nəfərin QİÇS-in xəstəsi olduğunu bildirib.
Qeyd edək ki, aparılan araşdırmalara görə, Kambocada hər 100 min nəfərə 0,2 həkim düşür.
Ağa Akifoğlu