Modern.az

Meymunların daşa basdığı keşiş öldü

Meymunların daşa basdığı keşiş öldü

Təhsil

5 Dekabr 2015, 14:07



Hindistan qeyri-adi kriminal epizod qeydə alınıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin cənubunda Munna Mirşa adlı keşiş evinin damını təmizləyən zaman meymunların hücumuna məruz qalıb. Əllərinə daş yığan meymunlar keşişin üzərinə çoxsaylı daş parçaları atıblar. Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan keşiş bütün səylərə baxmayaraq keçinib.

Hindistan rəsmləri son günlər azı 3 nəfərin meymun hücumlarının qurbanı olduğunu bildirib.

Meymunlar yerli sakinlərin evlərinə girərək, ərzaq da oğurladığı üçün yerli hökumət onların kütləvi məhvinə başlayıb.

Vüqar İsmayılov

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi