“İslam dövləti” (İŞİD) qruplşaması ABŞ-ın Kaliforniya ştatının San-Bernardino şəhərində törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Modern.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, 14 nəfərin ölümü, 17 nəfərin ağır xəsarət alması ilə nəticələnən hücum qruplaşma ilə əlaqəsi olan Rizvan Faruk və onun həyat yoldaşı Taşfen Malik tərəfindən törədilib.
Hadisədən dərhal sonra ABŞ prezidrnti Barak Obama ölkədə odlu silah satışı ilə bağlı məhdudiyyətlərin tətbiq olunmasınınvacibliyindən danışıb.
Vüqar İsmayılov