Bərdə rayonunda fərdi yaşayış evində partlayış baş verib. Modern.az saytı Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə rayonun Uğurbəyli kəndində qeydə alınıb.
Belə ki, yanğın rayonun Uğurbəyli kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 63 kv.m olan 2 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1992-ci il təvəllüdü Məmmədova Fidan Abil qızı və 2 aylıq körpəsi Məmmədova Dəniz Vüsal qızının yanmış cəsədləri aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Modern.az