Modern.az

Oğlu dənizdə itkin düşən ana kömək istəyir - Video

 Oğlu dənizdə itkin düşən ana kömək istəyir  - Video

Təhsil

6 Dekabr 2015, 01:32

 

Dekabrın 4-də güclü tufan nəticəsində “Neft Daşları”nda baş vermiş qəzada Itkin düşən 3 nəfər dənizçidən hələ də xəbər yoxdur. Modern.az xəbər verir ki, onlardan biri də 41 yaşlı Rövşən Məmmədovdur. Övladlarından xəbər ala bilmədiklərini bildirən çarəsiz ana  oğlunun tapılması üçün kömək istəyib.

"Balam dənizə düşüb. Öldüyü və ya qaldığı barədə xəbər yoxdur. Bu gün bütün günü hər yeri gəzmişəm. Deyirlər xəbər yoxdur. Deyirlər ki, külək olduğundan ora girmək olmur. Bəs mən indi balamı kimdən xəbər alım", - deyə ana bildirib.  

Qeyd edək ki, dekabrın 4-də güclü tufan nəticəsində dalğalar estakada döşəməsinin üstündəki yaşayış köşkünü dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov köşkdə olub. Dənizdə operativ axtarış işləri Fövqəladə Hallar Nazirliyinin vertolyotu, həmçinin Xəzər Dəniz Gəmiçiliyi idarəsinin bir neçə gəmisi davam etdirilir.

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi