Məlum olduğu kimi,“Günəşli” yatağındakı platformaların birində baş verən yanğın 1 nəfərin həlak olması, 30 nəfər neftçinin isə itkin düşməsi ilə nəticələnib. Baş verən faciə ilə əlaqədar olaraq bu gün ölkədə rəsmi şəkildə matəm elan edilib.
“Xəzərdə insan tələfatı ilə nəticələnən faciədən sonra Azərbaycan telekanalları içərisində yalnız İTV dərhal özünün efir siyasətində dəyişiklik edərək bütün əyləncəli proqramlardan imtina edib”.
Bu barədə Modern.az-a İTV-nin mətbuat xidmətindən bildiriblər.
Telekanal gün ərzində tamaşaçılara neftçilərin həyat və fəaliyyəti ilə bağlı sənədli və bədii filmlər, müxtəlif süjetlər təqdim etməkdədir. İTV-dən fərqli olaraq digər telekanallarda əyləncəli verilişlər son dəqiqələrə qədər davam edir.
Ümid edirik ki, İTV tərəfindən sərgilənən bu həssaslıq gec də olsa digər kanallar tərəfindən də göstəriləcək, Azərbaycan xalqının bu ağır, matəmli günlərində əyləncə xarakterli verilişlərin yayımı dayandırılacaq.