Modern.az

Azərbaycan Prezidentinə başsağlıqları verilir

Azərbaycan Prezidentinə başsağlıqları verilir

Təhsil

6 Dekabr 2015, 18:14



“Günəşli” yatağında baş vermiş qəza nəticəsində insanların həlak olması ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə başsağlıqları verilir.

Modern.az xəbər verir ki, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Prezident İlham Əliyevə telefonla zəng edib. Gürcü prezident “Günəşli” yatağındakı platformada baş vermiş yanğın nəticəsində insan tələfatı ilə bağlı İlham Əliyevə, həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verib.
Azərbaycan prezidenti göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

***

Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko isə Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Onun məktubunda deyilir:
- “Günəşli” dəniz yatağındakı platformada baş vermiş faciə barədə xəbər Sizin kədərinizə şərik olan belarusluları qəlbən sarsıtdı.
Hörmətli İlham Heydər oğlu, Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Azərbaycan xalqına Belarus xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, xəsarət alanların hamısına tezliklə sağalmağı arzu edirəm.

***

Qazaxıstan prezidenti Nursultan Nazarbayev də “Günəşli” yatağında baş vermiş yanğın zamanı insan itkisi ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı məktubu unvanlayıb. 
Hadisə nəticəsində çoxsaylı insanın zərər çəkməsi xəbərindən kədərləndiyini qeyd edən N.Nazarbayev qazax xalqı adından və öz adından başsağlığını çatdırıb, yaralılara şəfa diləyib.  

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi