Bü gün SOCAR rəsmiləri Mərkəzi Neftçilər Xəstəxanasında "Günəşli" yatağında baş vermiş yanğın zamanı xəsarət almış neftçiləri ziyarətə gəliblər.
Trend-in məlumatına görə, SOCAR-ın vitse-prezidentlərii Xaliq Məmmədov, Mikayıl İsmayılov və Elşad Nəsirov hazırda xəstəxanada müalicə alan 8 nəfər neftçi ilə görüşüb.
Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan xəsarət almış neftçilərin adları:
Rəcəbov Mərdan - qabırğa sınığı
Məmmədov Allahverdi - bazunun sınığı
Əliyeva Məlahət - bel fəqərəsinin sınığı
Hüseynov Rəşid - kəllə beyin silkələnməsi
Abbasov Mais - alın nahiyyəsinin kəsilmış, cırılmış yarası
Əliyev Ənvər - alın nahiyyəsinin burun göz altı yarası
Cəfərov Faiq - hipotermiya,başın yumşaq toxumaların əzilməsi
Orucov Atakişi - hipotoniya,yumşaq toxumaların əzilməsi
Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 1 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib, 29 nəfərin axtarışı davam etdirilir.
Modern.az