Bu gün Topaz Premyer Liqasında 15-ci tura start verilib. Modern.az saytı xəbər verir ki, keçirilən oyunlardan öncə “Günəşli” neft yatağında baş verən faciə qurbanları anılıb. Futbolinfo.az-ın məlumatına görə, "Qarabağ" doğma meydanda "İnter"i qəbul edib. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu ("Azərsun Arena") keçiriləcək qarşılaşmadan əvvəl polislərlə ev sahibi komandanı dəstəkləyən "Qarabağ ordusu" fan-klubunun üzvləri arasında mübahisə yaranıb. Belə ki, “Günəşli” neft yatağında baş verən faciə ilə bağlı azarkeşlər banner açmaq istəsə də, polis buna mane olmaq istəyib. Lakin fan-klub rəhbəri Elvin Süleymanovun müdaxiləsindən sonra polislər komandirlərindən icazə almalı olduqlarını bildirib. Bu proseduru keçdikdən sonra banner açılmasına razılıq verilib. Oyun isə 1:0 hesabı ilә "Qarabağ"ın qәlәbәsi ilә başa çatıb.
Qeyd edək ki, bu gün baş turan "Neftçi"- "Zirə" futbol kulubları arasında keçirilən oyunda hər iki komandanın oyunçuları meydana başlarında "kaska" ilə çıxıblar. Onlar bu yolla dünyasını dəyişən və itkin düşən neftçilərimizi anıblar.
"Qəbələ" və "Xəzər-Lənkəran" komandaları arasında keçirilən oyunda da oxşar hadisə yaşanıb. Hər iki komandanın futbolçuları meydana başlarında "kaska" və qollarında qara sarğı ilə çıxıblar. Oyun başlamazdan əvvəl isə bir dəqiqəlik sükut elan edilib.
Modern.az