Modern.az

Daha bir məktəbdə pilot layihənin təqdimatı keçirildi – FOTO

Daha bir məktəbdə pilot layihənin təqdimatı keçirildi – FOTO

Təhsil

7 Dekabr 2015, 16:07


Bakı şəhərindəki Paşa Nəzərov adına  60 saylı orta məktəbdə məktəb icmalarının yaradılması üzrə pilot layihənin təqdimatı keçirilib.

Modern.az  xəbər verir ki, təqdimatda bildirilib ki, şagird, valideyn və müəllimlərin birliyindən ibarət olan bu icmalar məktəb həyatını birlikdə daha yaxşı etmək üçün yaradılıb.

"Birlikdə öyrənirik, istirahət edirik, inkişaf edirik" devizi altında fəaliyyət göstərən məktəb icmasına şagirdlər, valideynlər və sinif rəhbərləri daxildir. Məktəb icmasına icma sədri və əsas fəaliyyət sahələri üzrə komitələr rəhbərlik edir.

Pilot layihə çərçivəsində 54 məktəbin hər birinin 3 sinfində sinif və məktəb icmalarının yaradılmasına dəstək göstərilib.

Bu məqsədlə hər bir məktəbdə layihənin psixoloqu, valideynlər, müəllimlər və uşaqların ilk birgə iclaslarının keçirilməsinə kömək edib. Təqdimatda qeyd olunub ki, məktəb icmalarının sosial şəbəkəsi yaradılıb və icma üzvləri community.az saytı vasitəsilə virtual ünsiyyət yarada, təcrübələrini bölüşə bilirlər. Daha sonra təqdimatda 60 saylı orta məktəbdə yaradılmış məktəb icmasının gördüyü işlər barədə məlumat verilib.

Qeyd edək ki, Təhsil Nazirliyinin həyata keçirdiyi pilot layihə çərçivəsində 2015-ci ilin sentyabrından ölkənin 54 ümumi təhsil müəssisəsində məktəb icmaları yaradılıb. Layihənin həyata keçirilməsinə qədər olan mərhələdə "Allianz Consult" şirkəti tərəfindən zəruri təşkilati tədbirlər görülüb, valideyn və müəllimlər üçün tədris - seminarlar təşkil olunub.


Ağa  Akifoğlu  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi