Modern.az

Meyiti tapılan daha dörd neftçinin şəxsiyyəti müəyyən olunub - Yenilənib

 Meyiti tapılan daha dörd neftçinin şəxsiyyəti müəyyən olunub  - Yenilənib

Təhsil

7 Dekabr 2015, 19:05

 

SOCAR-ın “Günəşli” yatağının 65-70 kilometrliyində Fövqəladə Hallar Nazirliyinin (FHN) helikopteri tərəfindən meyiti tapılan daha neftçilerin şəxsiyyəti müəyyən olunub. Modern.az saytı xəbər verir ki, bu barədə jurnalistlərə hadisə ilə bağlı yaradılan operativ qərargahda keçirilən brifinqdə  məlumat verilib.

SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov  bildirib ki, bunlar 1984-cü il təvəllüdlü Mayılov Samir Cahangir oğlu, 1957-cü il təvəllüdlü Quliyev Fəxrəddin Xancan oğlu, 1965-cü il təvəllüdlü İsgəndərov Habil Tağı oğlu və 1963-cü il təvəllüdlü Babayev Mikayıl İsmayıl oğludur. Bundan öncə Tağıyev Fuad Tahir oğlu (23.02.1981) və Mahmudov Ağa İzzət oğlunun (24.03.1968) cəsədləri sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib".

Balamirzə Ağarəhimov  bildirib ki, mərhumlar sabah torpağa tapşırılacaq. 

Emil
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi