Düşmənin pilotsuz uçan aparatı məhv edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, dekabrın 6-da Ermənistan silahlı qüvvələrinə məxsus kiçik ölçülü pilotsuz uçan aparat aşkarlanıb.
Həmin aparat Azərbaycan Hərbi Hava Qüvvələri hava hücumundan müdafiə qoşunlarının bölmələri tərəfindən sərrast atəşlə dərhal məhv edilib.
Modern.az