Modern.az

Helikopter və dalğıclarla axtarış hava qaranlıq olduğundan dayandırılıb

 Helikopter və dalğıclarla axtarış hava qaranlıq olduğundan dayandırılıb

Təhsil

7 Dekabr 2015, 20:54

 

"Günəşli" yatağının 10-cu özülündə baş verən yanğın nəticəsində itkin düşənlərin helikopter və dalğıclarla axtarışı hava qaranlıq olduğundan dayandırılıb. Modern.az saytı xəbər verir ki, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

Balamirzə Ağarəhimov  bildirib ki, “Neft Daşları"nda itkin düşmüş 3 nəfərin axtarışı ilə bağlı dalğıclar vasitəsi ilə axtarış işləri də dayandırılıb.

Onun sözlərinə görə, hazırda itkin düşmüş digər neftçilərin gəmi vasitəsi ilə axtarışları davam edir: “Axtarışlar 7 gəmi ilə aparılır. Yanğının söndürülməsi üçün  2 kran tipli gəmi də cəlb olunub. Axtarışlar helikopter və dalğıclar tərəfindən sabah səhər tezdən yenidən aparılmağa başlanacaq. Səhər açılan kimi, helikopterlər də axtarışlara qoşulacaq. Yanğını söndürmək isə hələ də mümkün olmayıb, lakin bu istiqamətdə işlər davam etdirilir”. 

Emil

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi