Modern.az

Rusiya Ermənistan-Türkiyə sərhəddinə döyüş helikopteri yerləşdirdi

Rusiya Ermənistan-Türkiyə sərhəddinə döyüş helikopteri yerləşdirdi

Təhsil

8 Dekabr 2015, 11:34


Rusiya Ermənistanın Türkiyə ilə sərhədində yerləşən 102-ci hərbi bazasını gücləndirməkdə davam edir. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya Cənub Hərbi Dairəsinin Ermənistandakı 102-ci hərbi bazasının Erebuni aerodromuna 7 müasir Mİ-24P döyüş helikopterləri və Mİ-8MT nəqliyyat helikopterləri yerləşdirib.

Dekabrın sonuna qədər hərbi bazaya yeni helikopter partiyası da daxil ediləcək. Helikopterlər Erebuni hərbi bazasındakı MİQ-29 təyyarələri ilə yanaşı yerləşdiriləcək. 1 aydan sonra pilotlar yeni texnika ilə uçuşlara başlayacaq.

Rusiyanın Ermənistandakı aviabazası 1995-ci ildə formalaşıb. 1998-ci ilin noyabrından burada MİQ-29 təyyarələri dislokasiya olunub. 2012-ci ilin iyulunda isə Erebuni aerodromunda 102-ci hərbi bazanın aviasiya komponenti formalaşıb. Erebuni hərbi bazası Türkiyənin 25 kilometrliyində yerləşir.

Vüqar İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi