“Qəza nəticəsində xəsarət alan neftçilərin vəziyyəti sabitdir”. Modern.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Neftçilər Xəstəxanasının baş direktorunun müavini Nadir Mehdiyev deyib.
O qeyd dib ki, “Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alanlardan həmin gün 8 nəfər, dünən isə 5 nəfər xəstəxanaya müraciət edib. "Bu gün iki nəfər evə buraxılacaq. Bunlar Rəcəbov Mərdan, Əliyev Ənvərdir. Onlar ambulator müayinəyə buraxılacaq”.N.Mehdiyev xəstələrin daim psixoloq nəzarətində olduğunu qeyd edib.
Aytən ZƏHRA